Əməkdar artist xəstəliyə tutuldu: "Artıq dözə bilmirəm" - FOTO

 Əməkdar artist xəstəliyə tutuldu:

"Siz haradasınız? Niyə görünmürsünüz?".

Titul.az xəbər verir ki, bu sualla aparıcı Zümrüd Bədəlova verlişinin qonağı olan Əməkdar artist Firuzə İbadovaya müraciət edib.

Sənətçinin cavabı aparıcını təəccübləndirib:

"Mən musiqi xəstəliyinə tutulmuşam, əsl musiqimizi axtarıram, onun xiffətini çəkirəm. Ona görə xəstələnmişəm.

İndiki musiqilər mənim beynimi çox yorur, artıq mən dözə bilmirəm. Deyəndə ki, niyə danışmırsınız, deyirəm məndən yaşda böyük sənətkarlar var. İndi çox adama sənətkar deyirlər, amma xahiş edirəm hər kəsə sənətkar deməyin. Çünki mənim illərimə çox heyifim gəlir, etdiyim konsertlər, gördüyüm sənətkarlar... Bu, məni çox üzür".

15:20 - 23 Dekabr 2024

Xəbər lenti