Qayınatasıgilin 50 gün öncə öldüyü evdə intihar edibmiş - FOTO

 Qayınatasıgilin 50 gün öncə öldüyü evdə intihar edibmiş - FOTO

İki gün öncə Goranboyda baş vermiş intihar hadisəsinin təfərrüatı məlum olub.

Titul.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Gəncə şəhərində yaşayan Kəlbəcər sakini Asəf Xanmuradov Goranboyun Nizami kəndinə gedərək oradakı evin həyətində özünü asıb.

Araşdırmalar zamanı hadisənin baş verdiyi həyətin Asəfin qayınatasına məxsus olması müəyyənləşib.

Onun qayınatası Kamal Əkbərov və qayınanası Aidə Əkbərova 50 gün əvvəl burada dəm qazından boğularaq ölüblər.

Şənbə günü isə Asəf evdən işə getmək adı ilə çıxıb. Lakin işə getməyərək qayınatasıgilin evinə yola düşüb və oradan qohumlarının telefonuna lokasiya göndərib. Bundan sonra A.Xanmuradovdan xəbər almaq mümkün olmayıb. Qohumları və ailə üzvləri Goranboyun Nizami kəndindəki ünvana gedərək Asəfin həyətdəki çardaqdan asılı halda qalmış meyitini aşkar ediblər.

Bildirilir ki, 40 yaşlı Asəf Xanmuradovun bir qardaşı da illər öncə işlədiyi çoxmərtəbəli binadan yıxılaraq ölüb.

Araşdırmalar davam etdirilir.

15:43 - 23 Dekabr 2024

Xəbər lenti