“Prezidentə yalnız məhkumları deyil, həm də istintaq altında olan şəxsləri əfv etməklə onları məsuliyyətdən azad etmək səlahiyyəti verən qanunun qəbul olunmasını təklif edirəm”.
Titul.az sfera.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib.
Q.Həsənquliyev həmçinin çıxışında Azərbaycanın D-8 təşkilatına üzvlüyü məsələsinə də toxunub:
“Dünən böyük D-8 təşkilatına üzv olmağımız münasibətilə xalqımızı təbrik edir və daha böyük təşkilat olan ÜTT-yə üzv olmaq üçün höküməti yubanmadan zəruri qərarlar qəbul etməyə çağırıram”, - deputat bildirib.
12:40 - 20 Dekabr 2024