Azərbaycanlı kişi məşhurun halı pisləşdi, ÜRƏYİ BULANDI - Həkim müayinəsində ŞOK CAVAB + FOTO

 Azərbaycanlı kişi məşhurun halı pisləşdi, ÜRƏYİ BULANDI - Həkim müayinəsində ŞOK CAVAB + FOTO

Pünhan İsmayıllı illər öncə başına gələn xoşagəlməz hadisə ilə bağlı "Günaydın Azərbaycan"da açıqlama verib.

Titul.az xəbər verir ki, məşhur toy aparıcısı, qiraətçi bildirib ki, İsraildə yaşayan bir məşhur iş adamının övladının toyuna dəvət aldığı ərəfədə halı qəfil pisləşib. 

Vəziyyəti o həddə çatır ki, ayağa durub gəzməkdə çətinlik çəkir. Pünhan İsmayıllı bildirir ki, həmin ərəfədə boğazından bir tikə yemək, su da keçmirdi. Xalq artisti Gülyanaq Məmmədovanın təkidi ilə behini aldıqları toyu idarə etmək üçün İsrailə yola düşmək qərarı verirlər. Bakıda hava limanında Pünhanın vəziyyəti daha da pisləşir və ayaqyoluna keçərək orada qaytarır. Aparıcı-qiraətçi bildirib ki, elə həmin andan etibarən səhhəti gözlənilməz bir halda qəfil müsbətə doğru dəyişib.

Pünhan digər dəvət alan məşhurlarla birgə həmin toyu yüksək səviyyədə idarə edib, Bakıya döndüklərini deyib. Qiraətçi bildirib ki, vəziyyəti ilə bağlı bir neçə həkim müayinəsində olduqdan sonra hamısı eyni şeyi deyib: "Səni zəhərləyiblər".

Lakin Pünhan İsmayıllı bunun kim tərəfindən edildiyi ehtimalını efirdə açıqlamayıb.

19:20 - 16 Dekabr 2024

Xəbər lenti