Azərbaycanda əsgərlik yaşı niyə azaldılır? - AÇIQLAMA

 Azərbaycanda əsgərlik yaşı niyə azaldılır? - AÇIQLAMA

Əvvəllər bizdə müddətli həqiqi hərbi xidmətə çağırış yaşının yuxarı həddi 30 yaşa qədər olub.

Titul.az xəbər verir ki, bu fikirlər Milli Məclisin bu gün keçirilən iclasında səsləndirilib.

Arzu Nağıyev bildirib ki, yaş həddi müharibə şəraitində ordunun komplektləşdirilməsi istiqamətində atılan addımlarla əlaqədar 35-ə qaldırılmışdı: "Amma artıq bu gün ordunun komplektləşdirilməsində problem yoxdur. Fiziki, psixoloji hazırlıq, yetkinlik baxımından bu yaş nəzərə alınır".

Qeyd edək ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna təklif edilən dəyişikliyə əsasən, müddətli həqiqi hərbi xidmətə çağırış yaşının yuxarı həddi 35-dən 30-a endirilir.

14:01 - 16 Dekabr 2024

Xəbər lenti