Faciəvi şəkildə ölən Elnurə bank əməkdaşı imiş - FOTO

 Faciəvi şəkildə ölən Elnurə bank əməkdaşı imiş - FOTO

Xəbər verdiyimiz kimi, dekabrın 11-də Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 1994-cü il təvəllüdlü Elnurə Vilayət qızı Abbasova dəm qazından boğularaq vəfat edib.

Titul.az publika.az-a istinadən xəbər verir ki, E.Abbasova “Expressbank”ın əməkdaşı imiş. O, 2 ildən artıq idi ki, bankın marketinq şöbəsində marketinq meneceri vəzifəsində çalışırmış.

Qeyd edək ki, keçmiş “Qafqaz” Universitetinin (hazırkı Bakı Mühəndislik Universiteti) məzunu olan E.Abbasova Bakıxanov qəsəbəsi, Ü.Hacıbəyov küçəsində yaşadığı mənzildə bədbəxt hadisənin qurbanı olub.

13:32 - 14 Dekabr 2024

Xəbər lenti