Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, yaş həddi 5 il azaldılmaqla (kişilər üçün 65 yaş - 5 yaş = 60 yaş, qadınlar üçün 64 yaş - 5 yaş = 59 yaş) qanunvericiliyin digər şərtləri də nəzərə alınaraq erkən yaşa görə əmək pensiyası hüququna baxılır.
Titul.az xəbər verir ki, bu maddə kişilərə münasibətdə qadın vəfat etdiyi (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildiyi), habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən valideynlik hüququndan məhrum edildiyi və ya nikaha xitam verildiyi üçün uşağın (uşaqların) kişinin himayəsinə verildiyi hallarda tətbiq edilir.
Əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların yaş həddi 5 il azaldılmaqla (64 yaş - 5 yaş = 59 yaş) qanunvericiliyin digər şərtləri də nəzərə alınaraq erkən yaşa görə əmək pensiyası hüququna baxılır.
11:51 - 10 Dekabr 2024