Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisələrin birinə məxsus texniki anbarda kiçik yanğın hadisəsi baş verib.
Titul.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Bildirilib ki, yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölməsi tərəfindən qısa müddət ərzində söndürülüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb, yanğının baş vermə səbəbləri araşdırılır.
10:35 - 10 Dekabr 2024