“Kəpəz” baxışa yeni legioner çağırıb.
Titul.az sportinfo.az-a istinadən xəbər verir ki, Gəncə klubu İbrahim Karqbonnu yoxlanışa gətirib.
Mərkəz hücumçusu son olaraq Xorvatiyada “Solin”in formasını geyinib. 23 yaşlı forvard əvvəllər Kiyev “Dinamo”su, “Doxa” (Kipr) və “Çelye”də (Sloveniya) çıxış edib.
Belçika millisinin aşağı yaş qruplarında da forma geyinmiş 23 yaşlı legioner, böyük ehtimalla, burada qalacaq.
Altı-yeddi aydır ayağına top dəyməyən Karqbonun maddi tələbləri yüksək deyil. «Kəpəz» ona görə 4000 dollar civarında aylıq xərcə düşəcək.
O, vaxtilə “Bakı”da çıxış etmiş İbrahim Karqbonun oğludur. Atası 2019-cu ildə ömürlük futboldan uzaqlaşdırılıb. Matçların nəticələrini manipulyasiya etdiyi üçün FİFA tərəfindən bu cəzaya məruz qalıb.
İbrahim Karqbo 2010-2013-cu illərdə "Bakı" komandasında çıxış edib. Sierra Leoneli oyunçu son olaraq İngiltərənin aşağı liqa komandası olan "Dulviç Hamlet"in formasını geyinib.
16:15 - 15 Noyabr 2023