Dekabrın 8-nə keçən gecə Suriyada müxalifət qüvvələrinin noyabrın 27-də başlayan sürətli hücumu başa çatdıraraq Dəməşqi ələ keçirməsi ilə diktator Bəşər Əsəd rejimi devrilib.
Titul.az xəbər verir ki, hakimiyyəti ələ keçirən müxaliflərin ilk işi illərdir günahsız yerə həbsxana divarları arasında saxlanılan insanları kütləvi şəkildə azadlığa buraxmaq olub.
Kadrdan da göründüyü kimi keçmiş məhbuslar Dəməşq küçələrində çaş-baş halda nəyin baş verdiyini anlamağa çətinlik çəkirlər. Əsəd rejiminin sona çatdığını biləndə isə sevinclərini ifadə etməkdə çətinlik çəkiblər:
Qeyd edək ki, 1963-cü ildə Suriyada iqtidara gələn Baas Partiyasının 61 illik hakimiyyəti başa çatıb.
Bu, Bəşər Əsədin Suriyada hakimiyyəti itirməsindən sonra reallaşıb.
Ərəb Sosialist Baas Partiyası 1963-cü ildə çevrilişlə Suriyada hakimiyyətə gəlib. Bəşər Əsədin atası Hafiz Əsəd 1970-ci ildə partiyadaxili çevriliş nəticəsində hakimiyyəti ələ keçirib və 1971-ci ildə Suriya Prezidenti olub.
Bəşər Əsəd 2000-ci ildə atasının ölümündən sonra Baas rejiminin başçısı olub.
Suriyada 2011-ci ildə azadlıq tələb edən xalq hərəkatları başlasa da, iqtidar zorakılıqla kütlələrə müdaxilə edib.
Minlərlə insanın öldürüldüyü hakimiyyət müdaxilələri prosesi vətəndaş müharibəsinə çevirmişdi. Silahlı müxalifət qrupları uzun müddət mübarizə aparsa da, beynəlxalq təzyiqlərə baxmayaraq, rejim problemin həllinə diplomatiya və sülh yolu ilə yanaşmadı.
Bu ilin noyabrın 27-də isə Suriyada şiddətlənən qarşıdurmalardan sonra Bəşər Əsəd Hələb, İdlib və Həmadan başlayaraq bir çox bölgədə nəzarəti itirib.
Paytaxt Dəməşqdə xalqın küçələrə çıxması ilə isə rejim qüvvələri dövlət qurumlarından və küçələrdən çəkilməyə başlayıb, hakimiyyətə qarşı çıxan qruplar isə şəhər mərkəzində nəzarəti gücləndirib.
Bununla da 61 illik Baas və 53 illik Əsəd ailəsinin hakimiyyəti sona çatıb.
11:45 - 9 Dekabr 2024