Kəmalə Türkiyədə xəstəxanalıq oldu - Bir sarğıya görə 440 avro ödəniş etdi

 Kəmalə Türkiyədə xəstəxanalıq oldu - Bir sarğıya görə 440 avro ödəniş etdi

Aparıcı və aktrisa Kəmalə Piriyevanın Türkiyədə başına iş gəlib.

Titul.az olay-a istinadən xəbər verir ki, sənətçi bildirib ki, ayağı burxulub.

Ağrı səbəbi ilə Piriyeva yanında olan dostu Roman Yaşarın köməyi ilə özəl tibb müəssisələrinin birinin “Təcili yardım” şöbəsinə yollanıb.

Kəmalə müayinəyə və sarğıya görə 440 avro (təxminən 790 manat) ödəniş edib. 

Aktrisa ilə dostu Türkiyədə göstərilən ilkin tibbi yardımın baha olmasından şikayətləniblər. 

Həmin anları isə K.Piriyeva instaqram səhifəsində izləyiciləri ilə bölüşüb. 

10:06 - 9 Dekabr 2024

Xəbər lenti