Əsəd haradadır?

 Əsəd haradadır?

Suriya hökuməti Prezident Bəşər Əsədin harada olduğunu bilmir.

Titul.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Məhəmməd Qazi Əl-Cəlali “Al Arabiya”ya açıqlama verib.

Suriya döyüşçülərinin rəhbərləri ilə danışıqlar apardığını açıqlayan Baş nazir, sonuncu dəfə Bəşər Əsədlə dekabrın 7-də axşam əlaqə saxladığını bildirib. 

Əl-Cəlalinin sözlərinə görə, Suriya nazirlərinin əksəriyyəti Dəməşqdə qalır. Baş nazir həmçinin qeyd edib ki, hökumət qüvvələrinə tabe olan müdafiə nazirliyinin fəaliyyət göstərib-göstərmədiyini də bilmir.

Qeyd edək ki, bundan öncə “Reuters” Bəşər Əsədin ölkəni tərk etdiyini yazıb.//https://qafqazinfo

11:35 - 8 Dekabr 2024

Xəbər lenti