Amerikalıların 76 faizi Rusiyanın Ukraynaya qarşı nüvə silahı istifadə edə biləcəyindən ehtiyat edir.
Titul.az axar.az-a istinadən xəbər verir ki, bu, Ronald Reyqan İnstitutunun keçirdiyi sorğuda əks olunub.
Bundan əlavə, respondentlərin 70%-i Rusiyanın ABŞ-a nüvə hücumu həyata keçirə biləcəyindən narahatdır. Sorğu müəllifləri bildirir ki, bu, 2021-ci illə müqayisədə 10% daha çoxdur.
Ekspertlər hesab edir ki, soruğunun nəticələri ABŞ vətəndaşlarının Rusiya tərəfindən nüvə silahı tətbiqi riskinə dair narahatlığının artdığını göstərir.
18:18 - 6 Dekabr 2024