Ali Məhkəmənin İnzibati kollegiyasının hakimi İlqar Hüseynov təqaüdə göndərilib.
Titul.az xəbər verir ki, bununla bağlı Ali Məhkəmədə tədbir keçirilib.
Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov İlqar Hüseynovun uzun illər məhkəmə sistemində çalışdığını, 2013-cü ildən isə Ali Məhkəmədə hakim kimi səmərəli fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
Sonda İlqar Hüseynova Məhkəmə-Hüquq Şurası adından fəxri döş nişanı təqdim olunub.
16:16 - 6 Dekabr 2024