Türkiyə planı: Azərbaycanlıların yeni dövləti yaranır?

 Türkiyə planı: Azərbaycanlıların yeni dövləti yaranır?

Suriyada bir neçə illik nisbi sabitlikdən sonra “Heyət Təhrir əş-Şam”ın Hələb və İdlibi ələ keçirməsi ilə başlayan qızğın döyüşlər fonunda müxtəlif dövlətlərin Suriya planları ilə bağlı ehtimallar da gündəmə gəlib.

Titul.az xəbər verir ki, tam yüz il əvvəl – Hələb və Dəməşq dövlətlərinin (o cümlədən Ələvilərin) birləşməsi ilə yaradılan Suriyanın indi yenidən 3 dövlətə parçalanması müxtəlif ekspertlərin mülahizəsində gündəmə gətirilir.

Baxmayaraq ki, Türkiyə dəfələrlə Suriyanın suverenliyini tanıdığını bəyan edib, Ankaranın da Suriyanın parçalanacağı təqdirdə öz planı ilə çıxış edəcəyi iddiaları yayılmaqdadır. Belə ki, Suriya və İraqın şimalında onillərdir hüquqları pozulan türkmanlar (azərbaycanlılar) yaşayır və onların sayı 5,5 milyondan artıqdır.

Türkmanlar hazırda ASO-nun tərkibində, o cümlədən “Təhrir əş-Şam”da da mübarizə aparırlar.

İraq Türkman Cəbhəsinin rəhbəri, Kərkük millət vəkili Ərşad Salehi hələ ötən il Hələbdən başlayıb Mendelidə (İranla sərhəd) bitən ərazidə Türkmaneli Respublikasının yaradılmalı olduğu haqda çağırış etmişdi. Hazırda bu xəritə Türkiyənin müxtəlif siyasi mərkəzlərində müzakirə edilməkdədir.

Maraqlıdır ki, erməni politoloqlar artıq bu mövzuda “şərhlərə” başlayıblar.

Zəruri olaraq əlavə edək ki, türkmanlar – Azərbaycan türkləridir.//Axar.az

13:38 - 6 Dekabr 2024

Xəbər lenti