Bu gün Ələt-Astara magistralında ağır yol qəzası baş verib.
Titul.az xəbər verir ki, İrana məxsus olan iki ağırtonnajlı yük maşını (TIR) toqquşub. Nəticədə sürücülərdən biri hadisə yerində ölüb, daha bir nəfər xəsarət alıb.
Ölən və yaralanan şəxslər Lənkəran rayon sakinləridir.
Baş verən qəzada Lənkəran rayonunun Liman şəhər sakini 1995-ci il təvəllüdlü Vüqar Heyrət oğlu Əsgərli ölüb. Həmin nəqliyyat vasitəsində olan Lənkəran rayonunun Hirkan qəsəbə sakini 1965-ci il təvəllüdlü Tofiq Abbas oğlu Salahlı baş nahiyəsindən xəsarət alaraq Biləsuvar Rayon Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, onların idarə etdiyi nəqliyyat vasitəsi "SƏBA" şirkətinə məxsus olub.
Faktla bağlı araşdırma davam etdirilir.
Dəhşətli qəzanın baş verdiyi yerdən görüntüləri təqdim edirik:
14:57 - 16 Dekabr 2023