Abşeronda ər-arvadı maşın vurdu: biri öldü - VİDEO

 Abşeronda ər-arvadı maşın vurdu: biri öldü - VİDEO

Abşeronda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Titul.az xəbər verir ki, dünən saat 21 radələrində Xırdalan-Saray yolunda minik avtomobili yolu keçən ər və arvadını vurub.

Nəticədə 1972-ci il təvəllüdlü Könül Novruz qızı Şeydayeva hadisə yerində dünyasını dəyişib. Onun həyat yoldaşı 1968-ci il təvəllüdlü Polad Şeydayev ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hadisənin "VAZ" markalı avtomobil tərəfindən törədildiyi bildirilir.

Faktla bağlı Abşeron RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

14:27 - 5 Dekabr 2024

Xəbər lenti

Digər xəbərlər