Bunu edən həkimlər cərimələnəcək: 400 manat

 Bunu edən həkimlər cərimələnəcək: 400 manat

Qida əlavələrinin reseptə yazılmasına görə cərimələr artırılır.

Titul.az xəbər verir ki, bu barədə məsələ İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, bioloji aktiv qida məhsullarının reseptə yazılmasına görə, vəzifəli şəxslər 100 manatdan 150 manatadək məbləğdə, hüquqi şəxslər 300 manatdan 400 manatadək məbləğdə cərimə ediləcək.

Qeyd edək ki, hazırda bioloji fəallığa malik qida əlavələrinin həkim reseptinə yazılmasına görə vəzifəli şəxslər 50 manatdan 100 manatadək məbləğdə, hüquqi şəxslər 150 manatdan 200 manatadək məbləğdə cərimə edilir.

12:27 - 5 Dekabr 2024

Xəbər lenti

Digər xəbərlər