"Səhv yolda olan şəxslərə qoşuldum, onların istədiyin etdim" - Xatundan ŞOK ETİRAF + FOTO

"İstədiyim şeylərə bu yaşa kimi nail olmamışamsa, bunun günahını özümdə görürəm". 

Titul.az xəbər verir ki, bunu Xatun Əliyeva deyib.

Müğənni səhvlərini həyat təcrübəsinin azlığı ilə bağlayıb:

"Həyat təcrübəmdə böyük yalnışlıqlarım olub. Bu səhvlər bəzi insanlara qoşulmağımla bağlı olub. Efirdə bəzən özümü düzgün təqdim etmədiyim məqamlar olub. Burada özümü günahlandırıram ki, bu qədər təcrübəm olmaya-olmaya kimlərəsə inanmışam və onların dediklərin etmişəm. Yəqin ki, o günləri keçib bu günlərə gəlmək lazım idi. Amma sakit də gəlmək olardı, mən sakit yolu seçmədim".

22:24 - 4 Dekabr 2024

Xəbər lenti

Digər xəbərlər