Toyda kişi müğənninin dostu Nəfəsə TƏKLİF GÖNDƏRDİ - Rədd etdi: DAVA DÜŞDÜ - FOTO

 Toyda kişi müğənninin dostu Nəfəsə TƏKLİF GÖNDƏRDİ - Rədd etdi: DAVA DÜŞDÜ - FOTO

Müğənni Nəfəslə həmkarı Pünhan Piriyev arasında 6 il əvvəl (2018-ci il) toyların birində baş verən insident efirdə açılıb.

Titul.az xəbər verir ki, bu faktı hər iki ifaçı qonaq olduqları verlişdə etiraf ediblər. 

Pünhan bildirib ki, məclisə yarım saatlıq fanoqram ifa etməyə gələn Nəfəsə bir dostunun sözü ilə səhnəyə yaxınlaşaraq ondan canlı oxumağını istəyib.

Nəfəs bu təklifi geri çevirdikdən sonra Pünhan dostunun əyləşdiyi masaya qayıdıb. Həmin şəxs müğənnidən Nəfəsin canlı oxuyub-oxumayacağını soruşanda Pünhan "atkaz" etdiyini bildirib.

Bu zaman dostu Pünhana "sözünü yerə saldı" deyərək onu qıcıqlandırıb. Gənc olduğu üçün həmin vaxt bu sözün ona çox pis təsir etdiyin bildirən Pünhan yenidən səhnəyə Nəfəsin yanına dönüb. Bu zaman qadın ifaçıya istəyini geri çevirdiyi üçün sərt sözlərlə qarşılıq verib. Bu azmış kimi Pünhan Nəfəs ifa etdiyi zaman onun fanoqramını kəsib. Bu məqamda artıq Nəfəslə Pünhan arasındakı insident daha da qızışıb və qadın ifaçı həmkarına olmazın sözlərini deyib.

Pünhan verlişdə etiraf edib ki, onun bu etdiyi səhv hərəkət olub. Bu da onun çılğın gəncliyi ilə bağlıdır. Müğənni "bir də elə səhv etmərəm" deməklə olub-keçənlərə görə peşmançılığın dilə gətirib.

 

21:33 - 4 Dekabr 2024

Xəbər lenti

Digər xəbərlər