Ermənistanın baş naziri Nikol Paşinyan rəsmi İrəvan ilə Bakı arasında yekun sülh müqaviləsinin hazırki durumu ilə bağlı fikir səsləndirib.
Titul.az xəbər verir ki, o qeyd edib ki, Bakı və İrəvan artıq sülh müqaviləsinin mətninin 90%-i ilə bağlı razılığa gəliblər.
Paşinyan bölgədə yeni eskalasiya riskini də dəyərləndirib:
"Regionda sabitliyi pozmaq istəyən qüvvələr var. Mətbuatda məlumatlar paylaşılır ki, Ermənistan Azərbaycana hücuma hazırlaşır. Bizim Azərbaycana hücum etmək üçün heç bir əsasımız yoxdur. Biz Azərbaycanın və bütün qonşularımızın ərazi bütövlüyünü tanıyırıq. Əgər söhbət daxili siyasi maraqlardan gedirsə, şəxsən mənim üçün və hökumətin idarə heyətinə sülhün olması vacibdir".
Alp Arslan
18:34 - 4 Dekabr 2024