Manaf Ağayev Füzuli rayonunda piyadanın ölümü ilə nəticələnən qəzaya görə bu yaxınlarda həmkarı Yusif Mustafayevin hadisəni törədən şəxslə onun qapısına gələrək kömək istədiklərini bildirib.
Titul.az xəbər verir ki, müğənni qəza zamanı ölən piyada - ailənin yeganə övladının anası ilə telefonla əlaqə saxladıqda hadisənin təfərrüatını öyrənib. Məlum olub ki, hadisəni törədən şəxs piyadanı yaralı vəziyyətdə yerdə qoyaraq ərazidən uzaqlaşıb, nəticədə gənc oğlan qanaxmadan dünyasın dəyişib.
Bunu bilən müğənni həmkarına və qəzanı törədən şəxsə "Durun gedin buradan" deyərək kömək etməkdən imtina edib.
Ətraflı videoda:
17:18 - 4 Dekabr 2024