“Günəşli” yatağında faciə: neftçi öldü – FOTO

 “Günəşli” yatağında faciə: neftçi öldü – FOTO

Xəzər dənizində yerləşən “Günəşli” neft yatağında neftçi qəfil vəfat edib.

Titul.az viral.az-a istinadla xəbər verir ki, yatağın 15 nömrəli platformasında qazmaçı işləyən Siyəzən rayonu Yenikənd kənd sakini Fərzəliyev Elman Əlikram oğlu dünən səhər saatlarında ürəktutmadan dünyasını dəyişib.

Yaxınları onun növbədən çıxmağına 1 gün vaxtının qaldığını bildiriblər.

Qeyd edək ki, bu gün “Günəşli” neft yatağındakı faciədən 9 il ötür. 2015-ci ilin 4 dekabr tarixində neft yatağının 10 saylı dərin dəniz özülündə baş vermiş yanğın nəticəsində 16 nəfər dünyasını dəyişib, 17 nəfər itkin düşüb. Həmin il 6 dekabr tarixi Prezident İlham Əliyevin qərarı ilə Azərbaycanda matəm günü elan olunub.

15:05 - 4 Dekabr 2024

Xəbər lenti