"Qız atası olandan sonra qızlara münasibətim dəyişdi" - Müğənnidən ŞOK ETİRAF + FOTO

Müğənni Yaşar Cəlilov qız atası olmağın necə bir hiss olduğunu, onun həyata baxışında nələri dəyişdiyini açıq etiraf edib.

Titul.az xəbər verir ki, Yaşar bildirib ki, qız övladına sahib olmaq ilk növbədə qadınlara olan münasibətinə böyük təsir edib:

"Qız atası olandan sonra xanımlara qarşı başqa cür davranıram. Cəmiyyətdə xanımlara olan hörmətim dəyişib. Çünki mən fərqi yoxdur, körpə və nisbətən böyük qız uşaqları görəndə yerində qızımı təsəvvür edirəm. Çünki hər bir xanımın qardaşı, atası və həyat yoldaşı var.

Anam da hicabda olan gündən bu yana cəmiyyətdə olan hicablı xanımlara, üzündə nur olan xanımlara bir başqayam". 

20:33 - 3 Dekabr 2024

Xəbər lenti