"Bu sahədə, bu camiyədə çox saf olmaq lazım deyil, amma mən çox safam. Ona görə də başıma gələn hadisələrin hamısının başında mənim saflığım, təmizliyim, açıqsözlülüyüm, sözü üzə deməyim durur".
Titul.az xəbər verir ki, bunu müğənni Yaşar Cəlilov bildirib.
Müğənni ATV-nin efirində peşmançılığını gizlətməyib:
"Müəyyən insanlara verdiyim şanslara peşmanam, hansı ki, onlara o şansı verməməli idim, istər dost baxımından, istər sirdaş baxımından, fərq etmir. O insanları o qədər yaxına buraxmamalıydım. Ən birinci peşman olduğum bunlardır".
19:18 - 3 Dekabr 2024