Fransız aktrisa-müğənni İzabel Adjani vergi fırıldaqçılığı və çirkli pulların yuyulması ittihamı ilə şərti iki il həbs cəzası alıb.
Titul.az axşam.az-a istinadən xəbər verir ki, bu barədə "Screen Daily" məlumat yayıb.
Sənətçi 2 milyon avroluq hədiyyəyə görə vergidən yayınmaqda və özünü iki il Fransadakı evində deyil, Portuqaliyada yaşayırmış kimi göstərməkdə günahkar bilinərək 250 min avro cərimələnib.
Aktrisanın vəkili Olivye Pardo qərardan Paris məhkəməsinə apellyasiya şikayəti verdiyini bildirib.
Adjani özü cinayətlərdə günahsız olduğunu iddia edir.
Prokurorlar Adjaniyə 18 ay həbs cəzası istəsələr də, məhkəmə daha sərt hökm çıxarıb. Buna səbəb aktrisanın Nyu-Yorkdan Parisə uçmasına mane olan tibbi səbəbləri əsas gətirərək oktyabrda keçirilən məhkəmə iclasına gəlməməsidir.
01:24 - 16 Dekabr 2023