Bakıda tanınmış mağazalar şəbəkəsindən olan "Araz" marketin Əlövsət Quliyev küçəsində yerləşən filialında vaxtı keçmiş hazır yemək satılır.
Titul.az Baku TV-yə istinadən xəbər verir ki, hazır qablaşdırmada olan yeməyin 5 gün etibarlılıq müddəti olduğu halda hələ də vitrində saxlanılır.
Məsələ ilə bağlı mağaza müdiri köhnə məhsulu qaytararaq müştəriyə sərt reaksiya verib.
Sözügedən hadisə ilə bağlı AQTA-nın mətbuat katibi İlkin Kərimov bildirib ki, hadisə nəzarətə götürülüb və hazırda araşdırmalar davam edir.
11:31 - 3 Dekabr 2024