"Araz" marketdə VAXTI KEÇƏN məhsullar satılır - Çəkilişi görüb hay-küy saldılar + VİDEO

Bakıda tanınmış mağazalar şəbəkəsindən olan "Araz" marketin Əlövsət Quliyev küçəsində yerləşən filialında vaxtı keçmiş hazır yemək satılır.

Titul.az Baku TV-yə istinadən xəbər verir ki, hazır qablaşdırmada olan yeməyin 5 gün etibarlılıq müddəti olduğu halda hələ də vitrində saxlanılır.

Məsələ ilə bağlı mağaza müdiri köhnə məhsulu qaytararaq müştəriyə sərt reaksiya verib.

Sözügedən hadisə ilə bağlı AQTA-nın mətbuat katibi İlkin Kərimov bildirib ki, hadisə nəzarətə götürülüb və hazırda araşdırmalar davam edir.

11:31 - 3 Dekabr 2024

Xəbər lenti