Şəkidə bir ailənin 4 üzvü dəm qazından zəhərlənib.
Titul.az xəbər verir ki, hadisə rayonun Kiş kəndində baş verib.
Kənd sakinləri, Abdullayev Taryel-1994, arvadı Abdullayeva Billur-1993 və onların 2 azyaşlı övladları dəm qazının toksiki zəhərlənməsi diaqnozu ilə xəstəxanaya müraciət ediblər.
TƏBİB-dən bildirilib ki, ötən gün saat 15:40 radələrində Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə dəm qazından zəhərlənmə şübhəsi ilə 4 nəfər (3-ü kişi, 1-i qadın olmaqla) hospitalizasiya olunub.
"Zərərçəkənlərdən biri 2019-cu il, digəri isə 2024-cü il təvəllüdlüdür. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda hər birinin vəziyyəti stabil qiymətləndirilir", - məlumatda vurğulanıb.
10:23 - 3 Dekabr 2024