Vüqar Həşimovun valideynlərinin vəziyyəti ağırdır - FOTO

 Vüqar Həşimovun valideynlərinin vəziyyəti ağırdır - FOTO

Novxanıda partlayışda xəsarət alan Vüqar Həşimovun valideynlərinin son durumu açıqlanıb.

Titul.az xəbər verir ki, reanimasiya şöbəsinə yerləşdirilən 1949-cu il təvəllüdlü şəxsə hər iki aşağı ətrafın və sifətin I, II, III dərəcəli yanığı, 1959-cu il təvəllüdlü şəxsə isə sol bud sümüyünün sınığı, sol əlin yarası diaqnozları təyin edilib. Müalicələri davam etdirilir, vəziyyətləri ağırdır.

Qeyd edək ki, Abşeronda partlayış baş verən ev mərhum şahmatçının ailəsinə məxsus imiş. Dağıntılar altından çıxarılan qadınla kişi mərhum şahmatçı Vüqar Həşimovun valideynləri olub.

10:04 - 3 Dekabr 2024

Xəbər lenti