Yamalın butslarının altına yazılan söz GÜNDƏM OLDU - FOTO

 Yamalın butslarının altına yazılan söz GÜNDƏM OLDU - FOTO

Noyabrın 30-da İspaniya La Liqasında 15-ci tur çərçivəsində "Barselona"nın evdə "Las Palmas"a gözlənilmədən məğlub olduğu (1:2 hesabı ilə) matçda maraqlı kadrlar rejissorun diqqətindən yayınmayıb.

Titul.az xəbər verir ki, bu kadr Kataloniya təmsilçisinin 17 yaşlı vingeri Lamin Yamal ilə bağlıdır.

Futbolçu ehtiyyatda oturarkən ayaqlarını qarşıdakı boş oturacaqlara uzadıb. Bu zaman onun futbol ayaqqablarının altında yazılmış "Messi" kəlməsi kameraya tuş gəlib.

Gənc ulduzun butslarının altında kumiri Messinin adını gəzdirməsi futbolsevərlər tərəfindən də maraqla qarşılanıb.

19:25 - 2 Dekabr 2024

Xəbər lenti