Bakıda 251 min dollarlıq dələduzluq

 Bakıda 251 min dollarlıq dələduzluq

Paytaxtın Binəqədi və Nizami rayonlarında dələduzluqda şübhəli bilinən 2 nəfər polis tərəfindən saxlanılıb.

Titul.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin 251 000 ABŞ dollarını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 34 yaşlı E.Gözəlov, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə bir nəfərin 10 000 ABŞ dollarını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 46 yaşlı V.Rzayev müəyyən olunaraq saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.

15:09 - 2 Dekabr 2024

Xəbər lenti