Xəbər verdiyimiz kimi, Misli Premyer Liqasının XV turunda "Neftçi" və "Qarabağ" komandaları arasında derbi matçı keçirilib.
Titul.az xəbər verir ki, "Neftçi Arena"da oynanılan qarşılaşma "Qarabağ"ın 3:0 hesablı qələbəsi ilə başa çatan oyun maraqlı məqamlara səhnə olub.
FIFA referisi Əliyar Ağayevin idarə etdiyi matçın 55-ci dəqiqəsində "Qarabağ"ın rəqib qapısından keçirdiyi 3-cü top daha daha çox rəqibin hədiyyəsinə bənzədi. Belə ki, 3 ildir VAR sisteminin tətbiq edildiyi ölkə Premyer Liqasında çıxış edən hər bir futbolçu oyun epizodunda sona qədər mübarizə aparılmalı olduğunu bilir. Onu da bilirlər ki, qol epizodu ilə bağlı hər hansı bir şübhəli məqam olarsa VAR-dakı hakimlər baş hakimə bu barədə məlumat verir və həmin kadrlar incələnir.
Lakin görünür "Neftçi"nin braziliyalı mərkəz müdafiəçisi Mateuş Silva ya hələ də futbolda VAR adlı sistemin mövcudluğundan bixəbərdir, ya da "Qarabağ"a qarşı simpatiyasını bu qolun vurulması zamanı gizlədə bilmədi.
Belə olmasaydı topun qapı xəttindən ehmalca keçdiyi həmin epizoda çox yaxın olan Mateuş, əlini havaya qaldırıb "yol-hərəkət nişanı" göstərmək əvəzinə, komandasını qol təhlükəsindən sığortalamaq üçün topu ən pis halda sürüşmə fəndi ilə qapısından uzaqlaşdırmağı bilərdi.
Qoldan sonra kadrdan da aydın görünür ki, "bakılılar"ın futbolçusu Emil Səfərov komanda yoldaşına buna görə irad bildirir.
Bu da həmin kadrlar:
00:01 - 2 Dekabr 2024