General rütbəsi verilən FHN əməkdaşları kimdir? - FOTO

 General rütbəsi verilən FHN əməkdaşları kimdir? - FOTO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncamla FHN-in 3 polkovnikinə general rütbəsi verilib.

Titul.az qafqazinfo.az-a istinadən xəbər verir ki, general-mayor ali hərbi rütbəsi verilən Şahin Mirzəyev hazırda Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri vəzifəsini tutur.

O, daha əvvəl  FHN-in Şimal Regional Mərkəzinin rəisi və digər vəzifələrdə çalışıb.

Fotoda Şahin Mirzəyev

Daxili xidmət general-mayoru ali xüsusi rütbəsi verilən Asif Məmmədli isə hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) rəisi vəzifəsində çalışır. O, bir müddət əvvəl FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti rəisinin birinci müavini vəzifəsindən azad edilərək DYMX-nin rəisi təyin edilib.

Fotoda Asif Məmmədli

Daxili xidmət general-mayoru ali xüsusi rütbəsi verilən digər polkovnik Aqşin Kazımova gəlincə, o, hazırda Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis vəzifəsində çalışır.

Fotoda Aqşin Kazımov

Qeyd edək ki, Prezidentin sərəncamı ilə general-mayor Etibar İsmayılovun də rütbəsi artırılıb. General-leytenant rütbəsi verilən E.İsmayılov hazırda FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisidir.

13:15 - 15 Dekabr 2023

Xəbər lenti