"Enginet" və "Extranet" MMC-lər "Uninet" MMC-yə qoşulması nəticəsində ləğv edilirlər.
Titul.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetindən məlumat əldə edib.
Belə ki, "Uninet" MMC "Enginet" MMC və "Extranet" MMC-nin ona qoşulması ilə yenidən təşkil edildiyini və adları çəkilən hüquqi şəxslərin hüquqi varisi olduğunu elan edib.
Qeyd edək ki, "Uninet" MMC 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1 100 010 manat olan şirkətin qanuni təmsilçisi Nəhmədov İlqar Şamil oğludur.
16:31 - 29 Noyabr 2024