Ticarət mərkəzinin dayanacağına girmək istəyən sürücülər, avtobuslara, avtobuslar da həmin sürücülərə mane olurlar.
Titul.az Xəzər TV-yə istinadən bildirir ki, yol hərəkətinin təşkilindəki bu nöqsan paytaxtın Nərimanov rayonunda, metronun ''Gənclik'' stansiyasının qarşısındadır. Fətəli Xan Koyski küçəsi ilə hərəkət edən sürücülər ticarət mərkəzinin dayanacağına girmək üçün qəza şəraiti yaradırlar. Sürücülər deyirlər ki, buna səbəb yolun sağında avtobus zolağına giriş hissədəki qırıq xətlərin düzgün yerdə qoyulmamasıdır.
Bəzən sürücülər həmin qırıq xətdən daxil ola bilmədikləri üçün məcbur qalıb qaydaları pozurlar. Belə olduqda da ərazidəki kameralar vasitəsi ilə həmin sürücü barəsində 2 bal və 100 manat cərimə tətbiq edilir.
Bənzər vəziyyət paytaxtın Yasamal rayonu C.Cabbarlı və Məhəmməd Naxçıvani küçələrinin kəsişməsində də yaşanır. Sağa dönənən sürücülərin əksəriyyəti məcburiyyətdən qəza şəraiti yaradır. Burda da yol kəsişməsinə qədər avtobus zolağı olduğundan sürücülər dönərkən çox çətin vəziyyətdə qalırlar.
Yerüstü Nəqliyyat Agentliyindən ''Xəzər Xəbər''ə bildirildi ki, sözügedən ərazilərə baxış keçiriləcək. Hər hansı uyğunsuzluq aşkar edilərsə, aradan qaldırılacaq.
Videomaterialı təqdim edirik:
09:14 - 29 Noyabr 2024