Bu gün UEFA Avropa Liqasında 5-ci turun oyunları keçirilir.
Titul.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən "Qarabağ" da meydana çıxıb.
Ağdam klubu Bakıda "Lion"la (Fransa) üz-üzə gəlib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma "Lion"un 4:1 hesablı qələbəsi ilə başa çatıb.
"Lion" hazırda 10 xalla turnir cədvəlində 6-cı pillədə qərarlaşıb. 3 xalı olan "Qarabağ" isə 31-cidir.
Qeyd edək ki, "Qarabağ" 1-ci turda "Tottenhem"ə (0:3), 2-ci turda "Malmö"yə (1:2), 3-cü turda "Ayaks"a (0:3) məğlub olub. Qurban Qurbanovun komandası 4-cü turda Norveç səfərində "Bodo Qlimt"ə 2:1 hesabı ilə qalib gəlib.
23:42 - 28 Noyabr 2024