Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası (MSK) bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə qərar qəbul edib.
Titul.az xəbər verir ki, MSK Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara alıb:
Çingiz Namizəd oğlu Həsənli 4 saylı Naxçıvan şəhər, Yadigar Ayaz oğlu Bağırov 101 saylı Samux-Şəmkir, Babək Yaşar oğlu Abbasov 102 saylı Şəmkir şəhər, Vüqar Lətif oğlu Bayramov 103 saylı Şəmkir kənd seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsinlər.
Ramil Əsgər oğlu Sadiqov 4 saylı Naxçıvan şəhər, Qalib Natiq oğlu Abbasov 78 saylı Lənkəran kənd, Azər Rasim oğlu Ələsgərov 101 saylı Samux-Şəmkir, Əli Abbas oğlu İsmayılov və Mübariz Ələddin oğlu Cəfərov 103 saylı Şəmkir kənd seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.
10:33 - 27 Noyabr 2024