Paşinyan xahiş etdi - İclas Rusiyada olacaq

 Paşinyan xahiş etdi - İclas Rusiyada olacaq

Ali Avrasiya İqtisadi Şurasının növbəti iclası Avrasiya İqtisadi İttifaqına sədrlik edən Ermənistanın xahişi ilə dekabrın 25-də Sankt-Peterburqda keçiriləcək.

Titul.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib.

O bildirib ki, Peterburqda keçirilməsinə baxmayaraq, iclasa Ermənistanın Baş naziri Nikol Paşinyan sədrlik edəcək.

“Dəvətnamələr göndərilib”, - deyə Y. Uşakov əlavə edib.

09:55 - 27 Noyabr 2024

Xəbər lenti