Azərbaycanda zəlzələ oldu

 Azərbaycanda zəlzələ oldu

Dekabrın 14-də Xəzər dənizinin İran hissəsində zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Titul.az-a bildiriblər ki, Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, yerli vaxtla saat 15:04-də qeydə alınan zəlzələnin maqnitudası 4.5-ə bərabər olub.

Ocağı 31 kilometr dərinlikdə yerləşən zəlzələ Lənkəran və Lerik ərazisində 3 baldan çox hiss olunub.

17:02 - 14 Dekabr 2023

Xəbər lenti