Şarl Mişel Bakıda təşvişə düşüb QAÇDI

 Şarl Mişel Bakıda təşvişə düşüb QAÇDI

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Bakıda azərbaycanlı jurnalistin sualını cavablandırmayaraq ərazidən uzaqlaşıb.

Titul.az xəbər verir ki, bu barədə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədri, televiziya aparıcısı Rövşən Məmmədov məlumat verib. 

"BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a ev sahibliyi edən Azərbaycan bu tədbir ilə kimin düşmən, kimin dost olduğunu daha yaxşı anladı.

Tədbir zamanı AzTV-nin kameralarına Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tuş gəlsə də, bu cür qlobal tədbirlərdə bülbül kimi ötən Şarl Mişel jurnalistimizin sualına cavab verməkdən yayındı", - deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlmişdi.

12:57 - 25 Noyabr 2024

Xəbər lenti