Türkiyə parlamentində çıxışı zamanı huşunu itirən Səadət Partiyasının deputatı vəfat edib.
Titul.az xəbər verir ki, səhiyyə naziri Fəxrəddin Qoca Kocaelinin deputatı Hasan Bitmezin vəfat etdiyini açıqlayıb.
Qeyd edək ki, Hasan Bitmez dekabrın 12-də parlamentdə çıxışı zamanı huşunu itirərək yıxılıb. O, daha sonra xəstəxanaya yerləşdirilmişdi.
14:23 - 14 Dekabr 2023