Gəlin maşınını məhkəməyə sürdü - Boşanmaq üçün... - VİDEO - FOTO

 Gəlin maşınını məhkəməyə sürdü - Boşanmaq üçün... - VİDEO - FOTO

Bursalı bir qadın boşanma məhkəməsinə gəlin maşını kimi bəzədiyi avtomobillə gedib.

Titul.az Milli.Az-a istinadən xəbər verir ki, Bursada 29 yaşlı Gülşah A.boşanma məhkəməsinə gəlin maşını kimi bəzədilmiş maşını ilə gəlib.

Prospekt və küçələri gəzən Gülşah A "Yol boyu insanlar siqnal çaldılar, video çəkdilər, alqışladılar, təbrik etdilər və kortej təşkil etdilər. İnsanlar çox pozitiv idi. Bu qədər böyüyəcəyini düşünməzdim" deyib.

İki uşaq anası Gülşah A  maşının arxasına  "Osman, cəhənnəmə get" və "Boşanırıq" sözlərini asıb.

Kortejdə olan sürücülər həmin anları mobil telefonları ilə lentə alıblar.

12:54 - 14 Dekabr 2023

Xəbər lenti