İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) balansında olan 12 avtonəqliyyat vasitəsini açıq hərraca çıxarır.
Titul.az xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb.
Hərrac dekabrın 26-da, saat 10:00-da Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) keçiriləcək.
Hərraclarda iştirak etmək istəyən şəxslər lazımi sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalana qədər Əmlak Xidmətləri Məkanına təqdim etməli, ASCO-nun hesabına beh ödəməlidir.
17:53 - 22 Noyabr 2024