Azad edilən hərbçilərimiz AİLƏLƏRİNƏ QOVUŞDU - Görüşdən ANBAAN VİDEO + FOTOLAR

 Azad edilən hərbçilərimiz AİLƏLƏRİNƏ QOVUŞDU - Görüşdən ANBAAN VİDEO + FOTOLAR

Bakı və İrəvan arasında əldə olunan razılıq əsasında azad edilmiş Azərbaycan hərbçiləri Hüseyn Axundov və Aqşin Bəbirov ailələrinin yanına qayıdıblar.

Titul.az xəbər verir ki, bununla bağlı görüntülər AzTV televiziya kanalının reportajında ​​təqdim olunub.

Xatırladaq ki, bundan əvvəl Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistanın baş nazirinin aparatı tərəfindən yayılan bəyanata əsasən, Ermənistan A.Bəbirovu və H.Axundovy Azərbaycan tərəfinə təhvil verib. 32 hərbçi isə Ermənistan tərəfinə qaytarılıb.

Qeyd edək ki, hərbçilərimiz bu ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən azaraq itkin düşmüşdü. Sonradan məlum olmuşdu ki, onlar əsir düşüblər.

Titul.az eyni zamanda Aqşinin ailəsinə qovuşduğunu əks etdirən eksklüziv FOTOkadrları da təqdim edir:

02:52 - 14 Dekabr 2023

Xəbər lenti