Azərbaycanda 17 yaşlı qız adam qaçırdı.
Titul.az publika.az-a istinadla xəbər verir ki, bunu ARB telekanalında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni Axtarıram" verlişinə çıxan 17 yaşlı Rüqəyya adlı qız bildirib.
O, qeyd edib ki, "TikTok" sosial şəbəkəsində tanış olduğu Aysu adlı qız onu öldürəcəyi ilə hədələyib: "Aysu ilə "TikTok" sosial şəbəkəsində tanış oldum. O, məni hədələdi ki, sənin şəklini montaj edib, sosial şəbəkələrdə paylaşacam. Aysu Bakıda yaşayır. Arxamca maşın göndərdi. Mənə silah şəkili göndərib bildirdi ki, çölə çıxmasan səni öldürəcəm. Mən də qorxub, onun göndərdiyi maşına minib Bakıya gəldim. Məni Sabunçu rayonunda yolun qırağında yerləşən bir evə gətirdilər. Evdə Aysunun sevgilisi və Zaur adlı başqa kişi var idi. Onlar məni maşına mindirib başqa yerə aparanda polis gördü və məni onlardan xilas etdi.
Anamgil məni zorla istəmədiyim oğlanla nişanladı. O oğlan mənim nömrəmi sinif yoldaşımdan almışdı. Atam məni 9-10 yaşımda zincirə vurub, bıçağı qızdırıb dağ basırdı. Tək atam yox, dayım da mənə işgəncə verib. Dayım iki dəfə ailəli olub. Uşaqlarını atıb. O, mənə çörək verməyib. 12 yaşımdan işləyirəm".
02:28 - 14 Dekabr 2023