Ermənistan Azərbaycana regional kommunikasiyaların açılması məsələsi ilə bağlı təklif göndərib.
Titul.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının rəhbəri Sərkis Xandanyan məlumat verib.
“Təfərrüata girə bilmərəm, amma ümumilikdə bu təkliflərin ruhu iki ölkənin suverenliyinə əsaslanan “Sülh qovşağı” layihəsindən qaynaqlanır”, - o bildirib.
Onun sözlərinə görə, Azərbaycandan hələlik heç bir cavab gəlməyib.
13:12 - 15 Noyabr 2024