"Səbail"in yeni baş məşqçisi Cavid Hüseynov özünə əcnəbi yardımçı götürüb.
Titul.az xəbər verir ki, söhbət ispaniyalı mütəxəssis Xavi Busqetsdən gedir.
O, fiziki hazırlığa məsuliyyət daşıyacaq.
Xatırladaq ki, Hüseynov daha əvvəl yaxın dostu Elvin Məmmədovu özünə köməkçi təyin edib. Analtik vəzifəsini Zaur Əliyev tutub.
Şahin Diniyevlə bərabər çalışmış Fuad Əsədov da qapıçılarla işini davam etdirəcək. Vüqar Bəybalayev seleksioner olaraq görəvinin başında qalıb. //sportinfo
20:43 - 14 Noyabr 2024