Uzun müddət prokurorluq sistemində çalışmış Seyfəddin Həsən oğlu Həsənov vəfat edib.
Titul.az modern.az-a istinadən xəbər verir ki, o, ötən gün dünyasını dəyişib.
Seyfəddin Həsənov Xaçmaz və Sabirabad rayonlarında prokuror işləyib. O, sabiq baş prokuror Zakir Qaralovun əmri ilə 2016-cı ildə prokurorluq orqanlarında qulluqda olmanın son yaş həddinə çatması ilə əlaqədar təqaüdə göndərilib.
Allah rəhmət eləsin.
09:20 - 14 Noyabr 2024