İrəvan bu günlərdə Bakının sülh müqaviləsi ilə bağlı son təkliflər paketinə cavab verib.
Titul.az APA-ya istinadən bildirir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə bildirib.
Paşinyan regional kommunikasiyaların açılması ilə bağlı qərarın ola biləcəyini də qeyd edib: "Ermənistan və Azərbaycan regional kommunikasiyaların açılması üzrə qarşılıqlı məqbul həll yoluna yaxındır. Prinsip etibarilə, bu, Ermənistan və Azərbaycan üçün qarşılıqlı və tamamilə məqbul ola bilər. Biz təklifimizi Azərbaycana yazılı şəkildə çatdırmışıq".
18:47 - 13 Noyabr 2024